Cəmiyyət
22-11-2023, 13:37
1 219
Sinem Kobal onu kəşf edən aktyordan danışdı: "Anam şoka düşmüşdü" - FOTO
Türkiyəli aktrisa Sinem Kobal yeni açıqlaması ilə gündəmə gəlib.
Türkiyə KİV xəbər verir ki, jurnallardan birinə danışan aktrisa şəxsi həyatı və karyerası ilə bağlı açıqlamalar verib.

Kobal onu aktyor Haldun Dormenin kəşf etdiyini bildirib:
"Uşaq idim deyə aktrisa olmaq istəyimi ciddi qəbul etmirdilər. Bu dövrdə serial çəkilişlərinə qatıldım. Aktyor Haldun Dormen məni kəşf etdi və mənə inandı. Həyatıma toxunub səhnə tozu udmağımı təmin etdi. 13 yaşında bir agentliyə şəkilimi göndərmişdim. Üç ay sonra "Dadı" serialı üçün seçim turlarına çağırıldım. Anam şoka düşmüşdü".

Qeyd edək ki, aktyor Kenan İmirzaloğlu ilə 2016-cı ildə evlənən Sinem Kobal, böyük qızı Lalini, 2020-ci ildə, kiçik qızı Leylanı isə 2022-ci ildə dünyaya gətirərək iki dəfə ana olmaq sevinci yaşayıb.