Qanunsuz saxlanılan odlu silahlar polisə təhvil verildi
22-11-2023, 18:35
6 641

Qanunsuz saxlanılan odlu silahlar polisə təhvil verildi

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən profilaktiki tədbirlər nəticəsində Şamaxı rayonunda 1, Mingəçevir şəhərində isə 2 ov tüfəngini vətəndaşlar könüllü polisə təhvil veriblər.
 
  • Qanunsuz saxlanılan odlu silahlar polisə təhvil verildi

Oxşar xəbərlər