Bakıda üçmərtəbəli evdə yanğın oldu
23-11-2023, 09:51
1 029

Bakıda üçmərtəbəli evdə yanğın oldu

Bakı şəhərinin Nərimanov rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda ümumi sahəsi 480 m² olan üçmərtəbəli, 6 otaqlı evin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan otağın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər