Vətən müharibəsinin iştirakçısı olan direktor qəfil vəfat etdi - FOTO
23-11-2023, 10:44
1 206

Vətən müharibəsinin iştirakçısı olan direktor qəfil vəfat etdi - FOTO

Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib.
BAu barədə sosial şəbəkədə onun yaxınları məlumat yayıblar.
Belə ki, 44 yaşlı direktor ötən gecə yaşadığı evdə vəfat edib.
Qeyd edək ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. Ona müharibənin gedişində baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra “Qubadlının azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif edilib. Evli idi, iki övladı qalıb.

 

 

Oxşar xəbərlər