Tokayev: Azərbaycana SPECA və Cənubi Qafqaz arasında əməkdaşlığa verdiyi töhfəyə görə təşəkkür edirik
24-11-2023, 14:16
1 246

Tokayev: Azərbaycana SPECA və Cənubi Qafqaz arasında əməkdaşlığa verdiyi töhfəyə görə təşəkkür edirik

“Xəzər dənizi sülh və yeni imkanlar dənizinə çevrilməlidir”.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib.

O, SPECA-nın sammitinə ev sahibliyi etdiyi üçün Azərbaycan Prezidentinə dərin minnətdarlığımı bildirib.

Tokayev xatırladıb ki, ötən əsrin 90-cı illərin sonunda Qazaxıstan SPECA-nın təşəbbüskarı olub və bu platformanın bu il 25 yaşı qeyd olunur. Qazaxıstan Prezidenti deyib ki, ötən il bu proqramın (SPECA) əsas sahələri müəyyən edilib.

“Biz Azərbaycanın SPECA-nın inkişafına verdiyi töhfəsinə görə, SPECA və Cənubi Qafqaz arasında əməkdaşlığa verdiyi töhfəyə görə təşəkkür edirik”, - o deyib.

Oxşar xəbərlər