Şavkat Mirziyoyev: Bu il Azərbaycan və Özbəkistan üçün çox zəngin il olub
24-11-2023, 14:49
1 315

Şavkat Mirziyoyev: Bu il Azərbaycan və Özbəkistan üçün çox zəngin il olub

Sizi bir daha gördüyümə, görüşməyimə şadam. Həqiqətən mən də çox sevinirəm. Siz düzgün qeyd etdiniz ki, bu il bizim üçün çox zəngin il olub.

Bunu Prezident İlham Əliyevlə görüşdə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev deyib.

“Mən üçüncü dəfədir ki, Azərbaycana gəlirəm, çünki Siz doğru qeyd etdiniz, biz Sizinlə razılaşmışıq ki, görüşlərimiz çox olduğu üçün nəticələr də çoxdur. Xalqlarımız da ölkələrin liderləri arasında belə səmimi, etimada əsaslanan çox yaxşı münasibətlərin olduğu zaman, əlbəttə, nəticənin də olmasını görürlər. Beləliklə, bir daha Azərbaycanda, gözəl Bakıda olmağıma şadam. Özümü evimdəki kimi hiss edirəm. Hava da elə bizdəki kimidir. Dünən mən tez gəldim, ətrafı seyr etdim və mənim üçün çox xoş oldu”, - Mirziyoyev vurğulayıb.

Oxşar xəbərlər