Çirkli pulların yuyulmasında ittiham edilən bacıların anası: "Banan yeməyin deyirdim" - VİDEO
24-11-2023, 15:57
7 313

Çirkli pulların yuyulmasında ittiham edilən bacıların anası: "Banan yeməyin deyirdim" - VİDEO

Çirkli pulların yuyulmasında ittiham edilən Bahar-Nihal Candan bacılarının anası danışıb.
Türkiyə KİV xəbər verir ki, Umut Candan övladlarının hazırda həbsdə olmasına etiraz edib.
"Show Haber"ə açıqlama verən Umut kasıb ailə olduqlarını vurğulayıb:
"Kaş ki, kollecə getməsəydilər. Qızlarıma "Banan yeməyin bahalıdır" deyirdim həmişə... Mən onları elə böyütdüm. İnstaqramda insanın təlxəklik etməsinin cəzası bu qədər ağır olmamalıdır". 
Qeyd edək ki, illər əvvəl qatıldıqları moda yarışması ilə məşhurlaşan, sonradan paylaşımları ilə fenomenə çevrilən Nihal Candan və Bahar Candan bacıları cinayət yolu ilə əldə edilən gəlirlərin yuyulması ilə bağlı saxlanılıb.


Oxşar xəbərlər