Zaqatalada qətlə yetirilən qadının anası: “Qızıma dörd bıçaq vurub...” - TƏFƏRRÜAT - YENİLƏNİB + FOTO/VİDEO
24-11-2023, 17:42
8 261

Zaqatalada qətlə yetirilən qadının anası: “Qızıma dörd bıçaq vurub...” - TƏFƏRRÜAT - YENİLƏNİB + FOTO/VİDEO

Zaqatalada qadın keçmiş əri tərəfindən qətlə yetirilib.
Hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib.
Qımır kənd sakini 34 yaşlı Aygün Həşimova Şamaxı rayon sakini 32 yaşlı Əli Səfərov tərəfindən bıçaqlanıb.
A.Həşimova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Mərhumun anası Zəminə Həşimova Baku TV-yə açıqlamasında dəhşətli hadisənin necə baş verməsindən danışıb:
“İşdən gələndə qabağını kəsib deyib ki, səni aparmağa gəlmişəm. O da deyib ki, getmək istəmirəm. Niyə məni qoyub getmisən deyib, qızıma dörd bıçaq vurub”.
***10:16
Zaqatalada qadının qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.
1989-cu il təvəllüdlü Aygün Mikayıl qızı Həşimovanı keçmiş əri 1991-ci il təvəllüdlü Əli Fərhad oğlu Səfərovun qətlə yetirdiyi ehtimal olunur.
Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. A.Həşimovanın rayondakı kafelərdən birində işləməsi keçmiş ərini narahat edib. Ə.Səfərov bununla bağlı ona dəfələrlə xəbərdarlıq edib. Keçmiş həyat yoldaşının işinə davamı isə A.Həşimovanın ölümü ilə nəticələnib.
***
Noyabrın 24-də saat 09 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***09:39
Zaqatalada qadın qətlə yetirilib.
Hadisə təxminən 09:00 radələrində şəhərin Həzi Alsanov küçəsində, Zaqatala rayon Mərkəzi Xəstəxananın yaxınlığında qeydə alınıb. Hələ ki, şəxsiyyəti dəqiqləşdirilməyən orta yaşlı qadın küçədə bıçaqlanaraq qətlə yetirilib.
Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.
VİDEO

Oxşar xəbərlər