Müalicəvi siropların doğurduğu təhlükə - Professordan qorxuducu XƏBƏRDARLIQ
25-11-2023, 13:16
2 326

Müalicəvi siropların doğurduğu təhlükə - Professordan qorxuducu XƏBƏRDARLIQ

“Ümumiyyətlə, uşaqlara dərman verəndə maksimum dərəcədə ehtiyatlı olmaq lazımdır. Hər şeydən ötrü onlara dərman vermək düzgün deyil”.
Bu sözləri açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O, payız fəslinin başlaması ilə bərabər uşaqlarda ortaya çıxan boğaz ağrısı və öskürəklərdə valideynlərin müalicəvi siroplardan istifadə etməsi məsələsinə toxunub.
Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, ötən il dünyada 204 uşaq müalicəvi siroplardan vəfat edib. Qeyd olunub ki, bir çox siropların tərkibində uşaqlar üçün ziyanlı etilinqlikol maddəsi aşkarlanıb.
“Uşaqlar üçün nəzərdə tutulan siroplar parasetamol əsaslıdır və iltihab proseslərini, soyuqdəyməni və digər xəstəlikləri aradan götürür. “Panadol” və “Efferalgan”  kimi parasetamol əsaslı dərmanların tərkibinə fikir vermək lazımdır. Təəssüf ki, bu kimi dərmanların da bəzən keyfiyyətsiz variantları aşkara çıxır”, – deyə A. Qeybulla vurğulayıb.
Professorun fikrincə, uşaqlara antibiotiklərin vurulması, müxtəlif ağır dərmanların, məsələn, “Tetrasiklin”in verilməsi yolverilməzdir:
“Bunlar təlimatlarda olmalıdır, eləcə də uşaqlara baxan sahə pediatrları yarana biləcək fəsadı bildirilməlidir. Qısası, uşaqların səhhətini maksimum nəzarətdə saxlamaq lazımdır. Lakin heyf ki bu cür hadisələr baş verir və araşdırılmamış qalır.
Özbaşına təyinat məqsədəuyğun deyil. Valideynlərə də əsas tövsiyə budur ki, uşaqlara özbaşına dərman verməsinlər”.

Oxşar xəbərlər