Qadın hakimi təhqir edənlər həbs olundu
27-11-2023, 10:41
1 020

Qadın hakimi təhqir edənlər həbs olundu

İngiltərə polisi Çempionşipin 17-ci turunun "Birmingem Siti" - "Şeffild Uensdey" matçında (2:1) qadın hakim Rebekka Uelçiyə qarşı təhqiramiz şüarlar səsləndirməkdə şübhəli bilinən 17 yaşlı iki gənci həbs edib.

Bu barədə "Daily Mail" məlumat yayıb. Hazırda hər iki yeniyetmə həbsdədir. Onların hərəkətləri ictimai asayişin pozulması kimi qiymətləndirilir.

Lakin bu hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırmalar davam edir.

Oxşar xəbərlər