Sumqayıtda məişət tullantıları poliqonunda yanğın - VİDEO
27-11-2023, 11:07
1 119

Sumqayıtda məişət tullantıları poliqonunda yanğın - VİDEO

Xəbər verildiyi kimi, ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrliyində yerləşən məişət tullantıları poliqonunda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN xəbər verir ki, hazırda havanın güclü küləkli olmasına baxmayaraq yanğınsöndürənlər tərəfindən tüstülənmə ocaqlarının söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir.
Açıq alov mənbələri müşahidə olunmur.


Oxşar xəbərlər