Tarkan Bakıya həyat yoldaşı ilə gəlibmiş - FOTOLAR
27-11-2023, 11:36
1 275

Tarkan Bakıya həyat yoldaşı ilə gəlibmiş - FOTOLAR

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur müğənni Tarkan Azərbaycana gəlib.
Sənətçi "Baku Crystal Hall"da konsert verib. İfaçı sosial media hesabında konsertdən lentə alınan fotoları paylaşaraq bu sözləri yazıb:
"Möhtəşəm gecə oldu. Möhtəşəm idin, Bakı. Super enerjiniz, coşqunuz, marağınız və sevginiz üçün təşəkkür edirəm".
Türk mediasının məlumatına görə, Tarkan Bakıya həyat yoldaşı Pınar Dileklə gəlib. İkilinin şəhərdə lentə alınan görüntüləri yayılıb.
Tarkan Bakıya həyat yoldaşı ilə gəlibmiş - FOTOLARTarkan Bakıya həyat yoldaşı ilə gəlibmiş - FOTOLARTarkan Bakıya həyat yoldaşı ilə gəlibmiş - FOTOLAR

Oxşar xəbərlər