Qan dondurucu hadisə! biri dənizdə, digəri isə sahildə tapıldı
27-11-2023, 11:49
1 295

Qan dondurucu hadisə! biri dənizdə, digəri isə sahildə tapıldı

Türkiyədə biri çimərlikdə, digəri isə sahildə iki kişi cəsədi tapılıb.

Türk mediası xəbər verir ki, mühacirlərə aid olduğu zənn edilən cəsədlərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün araşdırma başladılıb.

Dünən saat 18:00 radələrində İlgın çimərliyinə gedən vətəndaşlar çimərlikdə hərəkətsiz və yarıçılpaq uzanan bir şəxsi görüblər. Xəbər üzərinə bölgəyə sağlamlıq və jandarma qrupları sövq edilib. Sahil Mühafizəsi qrupları tərəfindən dənizdə aparılan yoxlamalar zamanı daha bir kişi cəsədi aşkar edilib. Mühacirlərə aid olduğu düşünülən iki nəfərin cəsədi şəxsiyyətlərinin və dəqiq ölüm səbəblərinin müəyyən edilməsi üçün Muğla Ədliyyə Tibb Qurumunun meyitxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Oxşar xəbərlər