Cəmiyyət
27-11-2023, 11:52
1 295
Avtomobildən külli miqdarda pul oğurlandı
Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 17-nə keçən gecə “Chevrolet” markalı avtomobildən 700 manat pul, sənədlər, bank kartı, 800 manat dəyərində qol saatı, 2 ədəd qulaqcıq və dinamik oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Həmidov saxlanılıb.
Araşdırmalarla onun noyabrın 24-nə keçən gecə “BYD” markalı avtomobildən 200 manat, 100 ABŞ dolları pul və 970 manat dəyərində qulaqcıq oğurlaması da müəyyən olunub.