Cəmiyyət
27-11-2023, 12:19
1 435
Həbsdə olan Rəşad Dağlıdan HƏYAT YOLDAŞINA JEST - FOTO
Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı həyat yoldaşına jest edib.
O, arvadına müxtəlif formada bəzədilən güllər göndərərək onu ad günü münasibətilə təbrik edib.

Bu barədə meyxanaçının oğlu Yusif sosial şəbəkə hesabında bildirib.
O atasının artıq ikinci ildir ki, anasını göndərdiyi güllərlə təbrik etdiyini qeyd edib:
"Ad günün mübarək, əziz anam. Artıq ikinci doğum günündür ki, atamın göndərdiyi çiçəklər gəlir, özü gələ bilməsə də".

Xatırladaq ki, Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.
Meyxanaçı ötən ilin noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub.Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.