Türkiyədə 15 yaşlı uşağa cinsi zorakılıq edən polis sərbəst buraxıldı
27-11-2023, 14:31
1 413

Türkiyədə 15 yaşlı uşağa cinsi zorakılıq edən polis sərbəst buraxıldı

Türkiyədə 15 yaşlı qıza qarşı cinsi zorakılıq etdiyi iddiası ilə saxlanılan 45 yaşlı polis sərbəst buraxılıb.

Qızın müəllimi onun hərəkətlərindən şübhələnib. Daha sonra 15 yaşlı yeniyetmə müəlliminə polis əməkdaşı tərəfindən təzyiqə məruz qaldığını bildirib. Ailə qızına sataşdığı üçün Səlim Rayon Polis Şöbəsində işləyən polisdən şikayətçi edib.

Şikayətdən sonra Baş Prokurorluq araşdırmalara başlayıb. İstintaq çərçivəsində fəaliyyəti dayandırılan polis jandarma qrupları tərəfindən saxlanılıb. Jandarmdakı ifadəsindən sonra məhkəməyə aparılan polis oktyabrın 13-də "uşağa qarşı cinsi zorakılıq" ittihamı ilə həbs edilib.

Amma istintaq başa çatdıqdan sonra polis, səyahət qadağası və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Oxşar xəbərlər