Maştağada avtomobildən 7 min manat oğurlanıb
28-11-2023, 11:15
864

Maştağada avtomobildən 7 min manat oğurlanıb

Bakıda maşından oğurluq edilib.

DİN-dən verilən xəbərə görə, noyabrın 25-nə keçən gecə Maştağa qəsəbəsi ərazisində “Volkswagen” markalı bir avtomobildən 7000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər