Soyuqdəymədən necə qorunmaq olar?
28-11-2023, 16:16
6 880

Soyuqdəymədən necə qorunmaq olar?

Soyuq mövsümdə başqalarından qrip və digər xəstəliklərə yoluxmamaq vacibdir. Soyuqdan, yoluxucu xəstəliklərdən qorunmağın müxtəlif yolları var.

Xarici mətbuat xəbər verir ki, qripdən qorunmaq üçün C vitamini olan qidaları daha çox yemək lazımdır. C vitamini güclü antioksidantdır. İnfeksiyaya müqavimət göstərməyə imkan verən metabolik prosesləri aktivləşdirir.

Virusun mənbəyi və daşıyıcısı xəstə insandır. Otağın tez-tez havalandırılması müxtəlif viruslara yoluxmanın qarşısının alınmasıdır. Havada virusların konsentrasiyasını azaldır.

Bu tədbirlər xəstəliyi yüngülləşdirir və onunla mübarizə aparmağa kömək edir, lakin effektiv şəkildə qarşısını almaq mümkün deyil. 

Oxşar xəbərlər