Xərçəngə tutulan müğənnimiz əməliyyat otağından efirə qoşuldu
28-11-2023, 16:53
6 897

Xərçəngə tutulan müğənnimiz əməliyyat otağından efirə qoşuldu

Xəbər verdiyimiz kimi, müğənni Sevda Əliqızının sinəsində süd vəzinin onkoloji xəstəliyi aşkarlanıb.

Bu gün Sevda xanım əməliyyat olunub.

O xəstəxanadan canlı efirə bağlanaraq, bir azdan əməliyyata girəcəyini deyib. Sevda Əliqızını xəstəxanda oğlu, gəlini və nəvəsi müşaiyət edib.

“Birazdan əməliyyatımız başlayacaq. Çalışıram, həyəcandan uzaq olum. Özümü toplamışam. Həkimlər və tibb işçiləri sağ olsunlar, mənə qayğı göstərirlər. Buna görə isə onlara təşəkkürümü bildirirəm”,- deyə o bildirib. Sevda Əliqızı əməliyyatdan öncə göz yaşlarına hakim ola bilməyib.

Oxşar xəbərlər