Qısqandığı üçün sevgilisinin gözünə iynə batırdı - FOTO
29-11-2023, 14:48
1 137

Qısqandığı üçün sevgilisinin gözünə iynə batırdı - FOTO

ABŞ-ın Florida ştatının Mayami bölgəsində yaşayan 44 yaşlı Sandra Jimenez ilə 8 ildir birlikdə yaşadığı sevgilisi arasında qısqanclıq zəminində kriz yaşanıb.
Xarici mənbə xəbər verir ki, Cütlük evlərinə gəldikdə, Jimenez sevgilisinin başqa qadınlara baxmasından şikayətlənib.
Kişi divana uzandıqda, Jimenezin itləri üçün istifadə edilən iki quduz iynəsi ilə onun üzərinə vurduğunu və onları sağ göz qapağına sancdığını deyilib.
Adı açıqlanmayan zərərçəkən polisə xəbər verərkən ən yaxın yerli xəstəxanaya aparılıb. Hadisənin şokunda evdən qaçan Jimenez, gecə saatlarında gələn polis qrupları tərəfindən evinin qarşısında avtomobilində yatarkən tapılıb.
Həbs edilən qadın dekabrın 26-da yenidən məhkəmə qarşısına çıxarılacaq.
Qısqandığı üçün sevgilisinin gözünə iynə batırdı - FOTO

Oxşar xəbərlər