Cəmiyyət
29-11-2023, 15:59
7 152
Hibrid "Moskviç” istehsal olunacaq
“Moskviç” avtomobil zavodu geniş çeşidli hibrid avtomobillər istehsal etmək imkanını nəzərdən keçirir.
Rusiya mediası bildirir ki, bu barədə “Moskviç”in istehsalat direktoru Oleq Maslyakov deyib:
“Biz indi hibrid texnologiyaları çox diqqətlə öyrənirik. Çinli tərəfdaşlarla ünsiyyətdən biz EV trendinin azaldığını görürük. Və hazırda mühəndislərin şüurunda hibrid avtomobillər üçün daha çox variant doğulur”.
“Moskviç”in təqdimatında bildirilir ki, gələcəkdə, 2027-ci ilə qədər zavodda M2 simvolu altında yeni model və hibrid M5 modeli istehsal etmək planları var. Mövcud avtomobillərin restaylinqi də planlaşdırılır.
Oleq Maslyakovun sözlərinə görə, şirkət 2 min km-ə qədər enerji doldurmadan hərəkət edə bilən geniş diapazonlu hibrid avtomobilləri diqqətlə öyrənir.
Hazırda “Moskviç” zavodunda benzin krossoverləri “Moskviç 3”, liftbacklər “Moskviç 6” və “Moskviç 3e” elektrik krossoverləri yığılır.