Gəncədə qəza - "Azərpoçt"un əməkdaşı xəsarət aldı
30-11-2023, 15:24
1 325

Gəncədə qəza - "Azərpoçt"un əməkdaşı xəsarət aldı

Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Hərəkətdə olan 3 VAZ markalı minik maşınları toqquşub. Qəzaya düşən avtomobillərdən biri "Azərpoçt"a məxsusdur. Qəza zamanı "Azərpoçt"un əməkdaşı 1987-ci il təvəllüdlü A.Məmmədov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər