Gəncədə qəza olub, xəsarət alan var
30-11-2023, 18:24
6 509

Gəncədə qəza olub, xəsarət alan var

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəhərin Şah İsmayıl Xətai prospektində hərəkətdə olan “Lada Priora” markalı avtomobillə “VAZ” markalı maşın toqquşub.

Qəza nəticəsində 1 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər