Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb - FOTO
1-12-2023, 10:44
1 339

Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb - FOTO

“Heydər Əliyev İli” çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan poçt markalarını dövriyyəyə buraxıb.

"Azərpoçt" MMC-in xəbərinə görə, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş markalar müxtəlif kateqoriya üzrə hazırlanıb və iki dövlətdə çap olunub. Bu markalar arasında 1 markadan ibarət blok məhdud sayda, cəmi 2000 tirajla, hər biri isə özəl nömrələnmiş Almaniyanın Berlin şəhərində yerləşən “Bundesdruckerei” nəşriyyat evində çap olunub.

Oxşar xəbərlər