Xatirə polisə müraciət etdi
1-12-2023, 12:24
1 337

Xatirə polisə müraciət etdi

Müğənni Xatirə İslam dələduzluq halı ilə rastlaşıb.

Gülnisə Feyzullayeva adlı dərzi ifaçını aldadıb. Bununla bağlı sənətçi instaqramda paylaşım edib. O, Daxili İşlər Nazirliyini işarələyərək sözügedən şəxsdən şikayətçi olduğunu bildirib:
“Bu dərzini tanıyan, bilən varsa, bizə yazsın. Bütün parçalarımızı tikmək üçün aparıb, lakin zənglərə cavab vermir. Ölkəmizdə olan qayda-qanunlara çox güvənirəm. Şikayətimi qəbul edin”.

Oxşar xəbərlər