Bu il vətəndaşlardan götürülən silahların sayı açıqlanıb
1-12-2023, 12:38
1 444

Bu il vətəndaşlardan götürülən silahların sayı açıqlanıb

Bu il yanvar-noyabr ayları ərzində 534 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, könüllü təhvil verilən silahlardan 24-ü avtomat, 8-i tapança, 502-si ov tüfəngi olub.

Nazirlik bir daha vətəndaşlara müraciət edərək onları qanunsuz saxlanılan odlu silahları könüllü təhvil verməyə çağırıb.

Oxşar xəbərlər