"Altın Kelebek"də mükafat ala bilməyən Reynmendən hörmətsizlik - VİDEO
4-12-2023, 11:43
1 267

"Altın Kelebek"də mükafat ala bilməyən Reynmendən hörmətsizlik - VİDEO

"Altın Kelebek” mükafat mərasimində mükafat almayan müğənni Reynmen 2020-ci ildə aldığı “Altın Kelebek”i zibil qutusuna atıb.  
O, bu barədə "Instagram"da paylaşım edib. Mərasimə dəvət olunmayan müğənni mükafatını zibilliyə ataraq etiraz edib.  
Qısa müddətdə sosial mediada trendə çevrilən Reynmenin videosu reaksiya doğurub. Bir çox istifadəçi Reynmenin etdiklərini hörmətsizlik kimi qiymətləndirərək, "Hər il ona veriləcəyini gözləyirdimi?"  və "Onsuz da buna layiq deyildin" , - deyə  şərhlər bildiriblər 
Xatırladaq ki, 49-cu Pantene "Altın Kelebek” mükafatları dünən axşam möhtəşəm bir mərasimlə sahiblərinə təqdim olunub.  Gecədə Edis "Ən Yaxşı Kişi Müğənni" ,  Blok3 "Ən Yaxşı Reper" mükafatını alıb.   

  • "Altın Kelebek"də mükafat ala bilməyən Reynmendən hörmətsizlik - VİDEO
  • "Altın Kelebek"də mükafat ala bilməyən Reynmendən hörmətsizlik - VİDEO

Oxşar xəbərlər