Ceyhun Bayramov Rusiyaya səfərə yola düşüb
4-12-2023, 18:26
6 287

Ceyhun Bayramov Rusiyaya səfərə yola düşüb

4 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

XİN-dən verilən xəbərə görə, səfər zamanı, nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər