Cəmiyyət
5-12-2023, 13:00
1 094
ANAMA əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya edilib- YENİLƏNİB
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Ağdamda baş verən mina partlayışı barədə məlumat yayıb.
ANAMA-nın Mətbuat xidmətindən bildirilib ki, dekabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir.
***
12.45
Ağdamda mina partlayıb.
Hadisə bu gün Ağdam rayonunun işğaldan azad edilmiş ərazidə baş verib.
Minaya düşən şəxsin Vaqif Əkbərov olduğu bildirilir. İlkin məlumata görə, o, ayağından xəsarət alıb.
Onun Tərtər rayon sakini, ANAMA əməkdaşı olduğu bildirilir.