Qubada 5 avtomat, 11 qumbara tapılıb - FOTO
5-12-2023, 17:29
6 547

Qubada 5 avtomat, 11 qumbara tapılıb - FOTO

Qubada xeyli sayda silah-sursat aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisindən 5 ədəd “AK-74” markalı avtomat, 8 ədəd patron darağı, 10 ədəd tüfəng, 11 ədəd qumbara, 11 ədəd qumbara alışdırıcısı və 310 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Fakt üzrə Quba RPŞ-də müvafiq araşdırma aparılır.

Oxşar xəbərlər