Ağdamda minaya düşən ANAMA əməkdaşının son durumu açıqlanıb
6-12-2023, 15:49
7 115

Ağdamda minaya düşən ANAMA əməkdaşının son durumu açıqlanıb

Ötən gün Ağdamda minaya düşərək xəsarət alan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vaqif Əkbərovun son durumu açıqlanıb.

Onun vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, hadisə ötən gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb. Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb,nəticədə onun sağ ayağının pəncə hissəsi amputasiya edilib.

Oxşar xəbərlər