Nazilə Vəfaya söz atdı - Video
6-12-2023, 16:24
7 176

Nazilə Vəfaya söz atdı - Video

Şair Nazilə Səfərli müğənni Vəfa Şərifovaya söz atıb.
O, instaqramda video yayımlayaraq, ad çəkmədən bunları deyib:
"Həyat yoldaşıma dedim ki, gəl, gündəm-gündəm oynayaq. Çıxım efirdə deyim ki, ayrılmışıq. Sən də hədiyyə göndər barışaq. Qayıtdı ki, maaşa nə qədər var, ayın sonunda alacağam. Küsürsən indidən küs. Hədiyyə maaşda gələcək. Məni də öyrədin nə olar, siz necə edirsiniz ki, kişi sizin hər dediyinizi edir. Kişiləri necə barmağınızda oynadırsınız? Bunun məktəbi haradadır?".
Qeyd edək ki, Vəfa bir neçə gün əvvəl kəbinlə birlikdə olduğu iş adamı Famil Xəlilovdan ayrıldığını açıqlayıb. Ötən gün isə "Tarixin bir günü" verilişində studiyaya gül dəstəsi gəlib və Vəfanın həyat yoldaşının göndərdiyi bildirilib.

Oxşar xəbərlər