Qax rayon sakinləri odlu silahları polisə təhvil veriblər
6-12-2023, 18:40
6 754

Qax rayon sakinləri odlu silahları polisə təhvil veriblər

Qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Oxşar xəbərlər