Sumqayıtda 28 yaşlı oğlan bıçaqlanıb
7-12-2023, 10:54
1 125

Sumqayıtda 28 yaşlı oğlan bıçaqlanıb

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Hadisə 15-ci məhəllə ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Məmmədov Qərib Əhliman oğlu aralarında baş vermiş münaqişə zəminində həmyerlisi və tanışı, 1995-ci il təvəllüdlü İsmayılov Nurlan Rafiq oğluna bıçaqla xəsarət yetirib.

Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-bildirilib ki, N.İsmayılov əməliyyat olunub, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər