Dönərxanada yanğınla nəticələnən partlayış olub, 2 nəfər xəsarət alıb
7-12-2023, 11:30
1 365

Dönərxanada yanğınla nəticələnən partlayış olub, 2 nəfər xəsarət alıb

Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Bu barədə FHN-dən bildirilib.

Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər