Babək rayonunda ana və 12 yaşlı oğlunu maşın vurub
7-12-2023, 12:10
1 491

Babək rayonunda ana və 12 yaşlı oğlunu maşın vurub

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Badaşqann və Hacıvar kəndləri arasında olan yolda qeydə alınıb.

Avtomobil yolunu qarşı tərəfə keçən Badaşqa kənd sakini - 1987-ci il təvəllüdlü Əzimli Əfsanə Adil qızını və onun övladı 2011-ci il təvəllüdlü Əzimli Tahir Sübhan oğlunu vurub. Onlar xəsarət alaraq əvvəlcə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdiriliblər, daha sonra isə Naxçıvan Sağlamlıq Mərkəzinə aparılıblar. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər