MSK Prezident seçkiləri təyin edib - İşçi qrupu yaradıldı (YENİLƏNİB)
8-12-2023, 18:27
8 063

MSK Prezident seçkiləri təyin edib - İşçi qrupu yaradıldı (YENİLƏNİB)

Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar Prezident seçkiləri ilə əlaqədar iclası keçirilib.

Toplantıda qəbul olunan qərarla seçki 2024-cü il fevralın 7-nə təyin edilib.

Eyni zamanda, MSK növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiqlənib.

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb.

Bundan əlavə, növbədənkənar prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib.

İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin olunub.

*** 16:18

Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edib.  

Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar prezident seçkiləri iə əlaqədar bu gün keçirilən iclasında verilib. 

Məsələ barədə məlumatı MSK katibi Arifə Muxtarova təqdim edib. 

***16:12

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə növbədənkənar Prezident seçkilərini təyin edib.

Bu barədə qərarı MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında bildirib.

Qərara əsasən, gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Qeyd edək ki, dekabrın 7-də dövlət başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb.

Oxşar xəbərlər