“Senatorlar ermənidən çox erməni kim özünü aparanlardır“- Deputat
9-12-2023, 11:06
2 292

“Senatorlar ermənidən çox erməni kim özünü aparanlardır“- Deputat

"İndi göründüyü kimi 50 konqres və on senator təpədən dırnağa qədər erməni xislətlidir, ermənidən çox erməni kim özünü aparanlardır".
Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
"Amerika Birləşmiş Ştatlarının konqresindən 50 nəfər konqresmen, 10 nəfər senatır anti - Azərbaycan fəaliyyətini bu gün də davam etdirməkdədirş Onlar nümayəndələr palatasının spikerin adına nümayəndələr palatasında azlıqda olan demokratların liderinə, eyni zamanda senatda çoxluqda olan respublikaçılar liderinə azlıqda  olan demokratların liderlərinə məktublar ünvanlayaraq Azərbaycana qarşı təzyiq və təhdit dili ilə danışmışlar.  Məqsədləri də ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatların konqresi Ermənistan maliyyə yadımların gücləndirsin çünki Ermənistan guya ki, Azərbaycanın təcavüzünə məruz qalıb və buna görə də Ermənistana daha böyük, daha ciddi maliyyə dəstəyi ayırmaq lazımdır və Ermənistanı demokratik bir dövlət kimi təqdim edirlər, Azərbaycanı isə  təcavüzkar kimi qələmə verirlər, eyni zamanda bu günə qədər də Azərbaycanın 8 kəndə Ermənistanın işğalı altındadır, həmin 8 kəndi də erməni kəndi kimi təqdim edir və guya Azərbaycanı bu erməni kəndlərini geri almaq istəyir kimi bu kəndləri geri qaytarmaq üçün Ermənistana təcavüz etməyə hazırlaşırmış kimi yalan və iftira ilə dolu informasiyalar yayıblar və belə bir məktublada konqresin rəhbərliyinə müraciət ediblər. Eyni zamanda belə bir fikir də o məktub əksini tapıb ki, guya Ermənistan Rusiya ilə münasibətləri gərgin olduğundan ve Ermənistan qərb yönündə siyasət həyata keçirdiyindən indi  Rusiyadan daha böyük təzyiqi altında düşüb və buna görə də Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün Amerika Birləşmiş Ştatları xüsusi səylər göstərməlidir. Bu məqsədlə əlahiddə olaraq 10 milyon dollar vəsaitin ayrılması ideyasını irəli sürürlər və həm də qeyd edirlər ki Qarabağdan 120 minə qədər erməni qovulub və həmin ermənilərin də yaşaması üçün Birləşmiş Ştatlar maliyyə dəstək göstərməlidir. İndi göründüyü kimi 50 konqres və on senator təpədən dırnağa qədər erməni xislətlidir, ermənidən çox erməni kim özünü aparanlardır.  Amerika Birləşmiş Ştatlarının regionla bağlı strateji maraqlarını kölgə altına qoyur, ona zərbə endirir və özlərinin şəxsi maraqlarını ön plana keçirirlər. Yəqin ki, 2024-cü ilin 5 noyabr tarixində Birləşmiş Ştatlarda keçiriləcək, həm prezident, həm də parlament seçkilər bir çox ermənipərəst deputatları daha da fəallaşdırıb, bu yolla erməni lobbi və diasporanın gözü  qarşısında xal qazanmaq istəyirlər, yenidən parlamentə düşmək istəyirlər, yenidən konqresmen və senator olmaq istəyirlər. Bu çirkin niyyətlər fonunda istiyirlər ki, öz statuslarını qoruyub saxlasınlar, həm də Amerikanı region siyasətinə çox böyük zərbə vurmuş olurlar. Amma bütün bu cəhdlər heç bir mənası olmayacaq Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü lideri var, Azərbaycanın güclü ordusu var, güclü xalqı var., bizdə səfərbər olunmuş cəmiyyət var, xalq hakimiyyət birliyi olduqca möhkəmdir. Bu reallıqlar fonunda Ermənistana Amerikalı konqresmen və senatorların bu cür canyananlığın heç bir mənası və əhəmiyyəti olmayacaq. Sadəcə bu davranışları ilə onlar regiona sülh deyil, əslində müharibə gətirirlər"-deyə vurğulayıb. 

Oxşar xəbərlər