Ağdaş sakini odlu silahı könüllü təhvil verdi, Göyçay sakinlərindən tüfənglər götürüldü
9-12-2023, 17:56
15 287

Ağdaş sakini odlu silahı könüllü təhvil verdi, Göyçay sakinlərindən tüfənglər götürüldü

Ağdaş və Göyçay Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri zamanı Göyçay rayon sakinlərindən 3 ədəd müvafiq sənədləri olmayan tüfəng aşkar edilərək götürülüb.

Ağdaş rayon sakini isə qanunsuz olaraq saxladığı ov tüfəngini könüllü olaraq polis şöbəsinin əməkdaşlarına təhvil verib.

Oxşar xəbərlər