Bakıda evdə yanğın - Zəhərlənən var
11-12-2023, 09:58
1 121

Bakıda evdə yanğın - Zəhərlənən var

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyünün taxta atmaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər