Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə edilib
11-12-2023, 11:53
1 288

Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə edilib

Bakıda mənzildə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin yataq otağında 1 ədəd masa və geyim əşyaları qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər