Cəmiyyət
11-12-2023, 13:32
1 787
Mətanət-Canana qalmaqalı: Boşanmaların uşaqlarda yaratdığı psixoloji travmalar
Əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana arasındakı qalmaqal səngimək bilmir. Cütlük 2020-ci ildə boşansa da, 3 ildir ki, gəlin-qayınana arasındakı mübahisə bitmir. Onlar efirlərə çıxaraq bir-birinə qarşı ağır ittihamlar səsləndirir, təhqirlər yağdırmağa davam edirlər.
Bu halda, ağıllara gələn suallardan biri də cütlüyün 3 azyaşlı övladıdır. Bu kimi hallar azyaşlılarda hansı fəsadları qoya bilər?
Məsələ ilə bağlı danışan psixoloq-pedaqoq Zeynəb Əyyubova bildirib ki, cütlüklər qalmaqallı şəkildə boşandıqda ən böyük travmanı məhz uşaqlar alır:
“Azərbaycan boşanma mədəniyyəti cəhətdən geridə qalan, boşanma texnikasının olmadığı ölkələr siyahısındadır. Biz əgər kiminləsə boşansaq, gərək onunla düşmən olaq. Azərbaycanda 100 ailədən bəlkə də 2-si boşanandan sonra bir-birinə salam verəcək durumdadır. Cütlüklər hətta bir-birinə salam belə vermirlər, bundan əlavə, boşanmadan sonra “nəslillərarası müharibə” başlayır. İki nəsil arasında rabitə kəsilir və qarşı tərəf digəri üçün dünyanın ən pis insanı modelinə çevrilir. Boşanma mədəniyyətinin olmamağı ən çox uşaqlara təsir. Çünki uşaq həm ananı, həm də atanı istəyir. Boşanan cütlüklərdir, insan valideynliyindən boşanmır, o, hər zaman valideyn olaraq qalır. Boşanmadan sonra keçmiş cütlüklərin bir-biri ilə rabitəsi düzgün qurulmadığı üçün uşaqlar travma alır. Bəzən uşaqlar buna görə mənəvi əzab çəkir, düşünür ki, anamın yanında yaxşı uşaq olsam, atam pis olacaq, atamın yanında olsam, əksinə. Bu zaman uşaq şiddətə meyillənir, aqressiv hərəkətlər edir, dostları ilə normal münasibət qura bilmir və beləliklə biz bir uşağı cəmiyyətdən itirmiş oluruq”.
Psixoloq qeyd edib ki, azyaşlıların valideynlərinin ayrılıq müddətini psixoloq dəstəyi ilə bərabər keçirməsi daha asan olur:
“Mütləq şəkildə ölkədə boşanma mədəniyyəti təbliğ olunmalıdır. Boşanmadan sonra ailələr başlı-başına buraxılmamalıdır, onlara uşaqları ilə necə rabitə quracağı izah edilməlidir. Necə ki, xaricdə boşanmadan sonra uşaq ataya yaxud anaya verildikdə onun ev şəraitinə, yaşam tərzinə baxılır, diqqətlə yoxlanırsa, bizdə də bu cür olmalıdır. Avropada hətta uşağın qalacağı otaq belə yoxlanılır, onun psixologiyası hansı zəmində qalacaq deyə araşdırılır.
Ümumiyyətlə, ayrılıq ərəfəsində uşağı pedaqoqa yaxud psixo-pedaqoqa aparmaq lazımdır. Çünki ayrılıq müddəti uşaq üçün yeni bir dönəm, yeni başlanğıcdır, bunu mütəxəssislə başa vursa, çox əla olar. Əgər ailə bunun izahını uşağa normal verə bilirsə, boşanma mədəniyyəti varsa, psixoloqa getməyə də bilər, amma ən mükəmməli uşağın psixoloqla bu mərhələni atlatmağıdır. Gərək uşaq qəbullansın ki, mənim atamla anam yollarını ayırır, amma onlar bizə görə hər zaman dostdurlar, valideynlərimiz bizim ad günümüzdə, toyumuzda, xoş günümüzdə yanımızda olacaqlar”.