"Həkimin verdiyi dərmandan şoka düşdüm"
11-12-2023, 15:45
7 633

"Həkimin verdiyi dərmandan şoka düşdüm"

Müğənni Türkan Vəlizadə bir neçə gün əvvəl içdiyi dərmandan şoka düşdüyünü açıqlayıb.

Sənətçi bu haqda "Tarixin bir günü" proqramında danışıb. O bildirib ki, xəstəxanada vurulan antibiotik onu şoka salıb:

"Antibiotikdən şoka düşmüşdüm. 4 saat məni ayılda bilmədilər. Mənə olmaz, bunu həkimə deməmişdim. 2018-ci ildə qəza keçirəndə mənə çoxlu antibiotik vurdular. Artıq bədənim onu götürmür. Mənim güclü başağrılarım var. Elə güclü olur ki, huşumu itirirəm".

Oxşar xəbərlər