Cəmiyyət
11-12-2023, 16:16
7 663
Qusarda avtobus dərəyə aşıb, xəsarət alanlar var
Qusar rayonunun Avaran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
İçərisində 15 sərnişin olan Qusar-Xürel kənd avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəza güclü duman səbəbindən baş verib.