Cəmiyyət
13-12-2023, 12:08
1 408
Şəfəq Novruz qalmaqal yaşadığı gəlinləri ilə bağlı paylaşım etdi - Fotolar
Mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz və keçmiş gəlinləri Əzizə Novruzova arasında qalmaqal yaşanıb. Hər iki tərəf sosial şəbəkədə paylaşım edərək, bir-birinin ünvanına təhqirlər səsləndirib, nələrisə danışmaqda şantaj edib.
Axşam.az-ın məlumatına görə, qalmaqala səbəb isə Şəfəqin qızı Ayan olub. Hər iki tərəf sosial şəbəkədə canlı yayım açaraq sirrləri açacaqlarını desələr də, sonradan fikirlərindən daşınıblar.
Şəfəq bildirib ki, qarşı tərəflə görüşərək, aralarındakı problemi yoluna qoyublar:
"Qızım Ayan, mən və qarşı tərəf (keçmiş gəlinləri Əzizə - red.) öz aramızda danışıb, hər bir şeyə aydınlıq gətirdik. Keçmişdə bizi qarşı tərəflə bağlayan doğmalıq bağlarının olduğuna görə və o bağlara hörmət naminə arada gəzən insanların oyununa gəlməyərək, səbirli olmalıyıq deyə düşündük. Haqq, ədalət öz yerini tutacaq. Bizi bu həyatda 10 gündən sonra nə gözləyir bilmirik. Odur ki, kəsdiyimiz çörəyə, verdiyimiz əməyə görə, qəlb sındırmadan yaşayaq. Bundan sonra mənim qarşı tərəflə yollarımız bir ömürlük ayrılsa da, ona həyatında yalnız uğurlar arzulamaq düşər. Niyə? Çünki doğmalıq bağı olduğuna görə".
Əzizə isə paylaşımında "Dünəndən bu günə kimi davam edən bu söz-söhbət əslində anlaşılmazlıq idi. İllərlə bərabər olduğum insanlara və mənə gərəksiz böhtan məlumatlar verildi. Biz, hər iki tərəf bu gərəksiz anlaşılmazlığı bir araya gələrək çözdük. Biz yenə də bir-birimizə hörmət qoyan doğma insanlarıq" sözlərini qeyd edib.
Qeyd edək ki, Əzizə Ramiz Novruzun oğlu Nərimanın həyat yoldaşı olub. Cütlük boşanıb. Onların bu nikahdan iki övladı var.