Əsirlikdəki hərbçilərimiz bu gün Vətənə qaytarılacaq - FOTOLAR
13-12-2023, 14:57
1 345

Əsirlikdəki hərbçilərimiz bu gün Vətənə qaytarılacaq - FOTOLAR

Dekabrın 13-də Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində hərbi əsirlərin mübadiləsi prosesi baş tutacaq. 
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Razılaşmaya görə Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə iki azərbaycanlı əsgəri - Hüseyn Axundov və Aqşin Bəbirovu təhvil verəcək. 
Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan bildirib ki, qaytarılacaq olan 32 əsirdən daha çox erməni Bakıda həbsdədir: "Onların da qaytarılması üçün çalışacağıq".
Sosial şəbəkələrin Azərbaycan seqmentində mübadilə prosesinin artıq başlanması barədə fotolar dərc olunub. 
  • Əsirlikdəki hərbçilərimiz bu gün Vətənə qaytarılacaq - FOTOLAR
  • Əsirlikdəki hərbçilərimiz bu gün Vətənə qaytarılacaq - FOTOLAR
  • Əsirlikdəki hərbçilərimiz bu gün Vətənə qaytarılacaq - FOTOLAR

Oxşar xəbərlər