Cəmiyyət
15-12-2023, 10:17
878
49 yaşlı kişi gənc oğlanı bıçaqladı
Dünən axşam saatlarında şəhər ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 49 yaşlı Füzuli Məmmədyarov 1996-cı il təvəllüdlü Elnur Quliyevə bıçaqla xəsarət yetirib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən F.Məmmədyarov saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir.