Cəmiyyət
15-12-2023, 12:19
819
Evdən 2 minlik qızıl oğurlandı
Abşeronda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Atyalı qəsəbəsində evlərin birindən pul, 2000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Orucəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.