Cəmiyyət
15-12-2023, 15:17
1 003
Göyçayda bıçaqlanma hadisəsi baş verib
Dünən axşam saatlarında Göyçay şəhər ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 49 yaşlı Füzuli Məmmədyarov 1996-cı il təvəllüdlü Elnur Quliyevə bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan oxu.az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən F.Məmmədyarov saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir.