PFL rəhbərliyindən 2 nəfərin vəziyyəti ağırdır - AÇIQLAMA
16-12-2023, 12:17
1 931

PFL rəhbərliyindən 2 nəfərin vəziyyəti ağırdır - AÇIQLAMA

Dekabrın 16-da saat 07:05 radələrindən Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər Peşəkar Futbol Liqasının (PFL) son durumu açıqlanıb.
TƏBİB-dən bildirilib ki, xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir.
Xəsarət alan şəxslər - PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov və sürücü Rasim Qafarlı Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.
Qeyd edək ki, bu gün səhər saatlarında Xankəndi istiqamətinə hərəkət edən PFL rəhbərliyi qəzaya uğrayıb

Oxşar xəbərlər